SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Bakı-Quba yolunda TIR-ın iştirakı ilə qəza baş verib, hər iki sürücü ölüb

Bakı-Quba yolunda TIR-ın iştirakı ilə qəza baş verib, hər iki sürücü ölüb

23.07.2022 12:00 388
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Ford" markalı avtomobillə yük maşını (TIR) toqquşub.

bakunews.tv-un report-a istinadən məlumatına görə, hadisə magistral yolun 108-ci km-də baş verib.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?