Hadisə
537
24-08-2022, 21:21

Yol qəzası olub, xəsarət alanlar var

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

bakunews.tv report-a istinadən bildirir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Qusarçay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Fiat" və "Daewoo" markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Rəşid Sədrəddin oğlu Hacıyev və 1994-cü il təvəllüdlü Şəlalə Teyyub qızı Qasımova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər