İdman
381
27-07-2022, 21:40

Yığmamız Ermənistanı məğlub etdi

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C liqasında növbəti oyununu keçirib.

bakunews.tv apasport.az saytına istinadla məlumatına görə, Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma San Marinoda keçirilən yarışda Ermənistanla üz-üzə gəlib.

Oyun basketbolçularımızın inamlı qələbəsi ilə başa çatıb. Millimiz erməniləri 76: 65 hesabı ilə məğlub edib.

Sən niyə yaxşı kişiləri cəlb etmirsən? - CAVABÖzündən 42 yaş kiçik sevgilisi ilə evləndiHəyat yoldaşını itirməyin kədəri nəyə səbəb ola bilər?

Bununla da komandamız ardıcıl 3-cü qələbəsini qazanaraq, 6 xalla qrup liderliyinə yüksəlib. Təmsilçimiz Ermənistan yığmasından öncə Lüksemburqa (75:71) və Cəbəllütariqə (115:60)qalib gəlib.

Qeyd edək ki, milli qrupdakı növbəti matçını Moldova komandasına qarşı keçirəcək. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər