SON DƏQİQƏ
Bakunews.tv » İdman » Paris-2024: Sablyaçımız növbəti mərhələyə vəsiqə qazanıb

Paris-2024: Sablyaçımız növbəti mərhələyə vəsiqə qazanıb

29.07.2024 13:15 186
Paris-2024: Sablyaçımız növbəti mərhələyə vəsiqə qazanıb

Azərbaycanın qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/16 mərhələsindən mübarizəyə qoşulub.

Təmsilçimiz Yanq Henqyu ilə (Çin) qarşılaşıb.

Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. A.Başta 1/8 finalda ukraynalı Olqa Xarlanla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.(Report)
Xəbəri necə qiymətləndirirsiniz?