SON DƏQİQƏ
Bakunews.tv » İdman » Santuş millinin heyətini nə vaxt açıqlayacaq?

Santuş millinin heyətini nə vaxt açıqlayacaq?

02.10.2024 17:39 302
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun növbəti mətbuat konfransı keçiriləcək.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı mütəxəssis oktyabrın 4-də media nümayəndələrinin suallarını cavablandıracaq. Saat 11:00-da AFFA-nın inzibati binasında baş tutacaq konfrans zamanı Santuş yığmamızın heyətini açıqlayacaq.

Qeyd edək ki, millimiz Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya, 14-də Bakıda Slovakiya yığması ilə qarşılaşacaq.
Xəbəri necə qiymətləndirirsiniz?