SON DƏQİQƏ
Bakunews.tv » İdman » AFFA nümayəndəsi beynəlxalq oyuna təyinat alıb

AFFA nümayəndəsi beynəlxalq oyuna təyinat alıb

04.09.2023 15:23 227
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan təyinat alıb

bakunews.tv AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Macarıstan – Qazaxıstan matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 7-də Macarıstanda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.
Xəbəri necə qiymətləndirirsiniz?