SON DƏQİQƏ
Bakunews.tv » İdman » DÇ-2034-ün finalı bu stadionda keçiriləcək

DÇ-2034-ün finalı bu stadionda keçiriləcək

30.11.2024 14:59 205
DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion bəlli olub.

Bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.

Mundialın həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək.

Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı oyunlarına ev sahibi olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.
Xəbəri necə qiymətləndirirsiniz?