İdman
308
14-06-2024, 09:26

Bu gün futbol üzrə XVII Avropa çempionatı start götürür

Bu gün futbol üzrə XVII Avropa çempionatına start veriləcək.


A qrupunun ilk matçında ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.


Münhendəki "Allianz Arena"da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.


Oyunun start fiti saat 23:00-da səslənəcək.


Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.


AVRO-2024
A qrupu, I tur
14 iyun


23:00. Almaniya - Şotlandiya
Baş hakim: Kleman Tyurpen (Fransa).
Münhen, “Allianz Arena” stadionu.
Son xəbərlər