SON DƏQİQƏ
Bakunews.tv » İdman » Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb

16.09.2025 17:53 64
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb.
Bakunews.tv xəbər verir ki, Ə.Ağayev "Kopenhagen" (Danimarka) və "Bayer Leverkuzen" (Almaniya) komandaları arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 18-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Xəbəri necə qiymətləndirirsiniz?