SON DƏQİQƏ
Bakunews.tv » İdman » Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub

Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub

10.08.2022 19:27 344
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

bakunews.tv report-a istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində rəqib özbəkistanlı Jasmina İmmayeva olub. Görüş Stadnikin vaxtından əvvəl 10:0 hesablı təmiz qələbəsi ilə başa çatıb.

Beləliklə, o, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?