SON DƏQİQƏ
Bakunews.tv » İdman » İdmançılarımız İslamiadada stend atıcılığı yarışlarında qızıl medal qazanıblar

İdmançılarımız İslamiadada stend atıcılığı yarışlarında qızıl medal qazanıblar

16.08.2022 17:11 380
Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında stend atıcılıq yarışlarında qızıl medal qazanıblar.

bakunews.tv trend-ə istinadən bildirir ki, Fuad Qurbanov və Nurlana Cəfərova finalda Küveyt yığmasını 6:3 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?