İdman
924
9-07-2023, 20:32

"Neftçi"yə Emil Balayev şoku

“Matç TV Kuboku” çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnmiş futbolçu Emil Balayevin sağlamlıq durumu məlum olub.

bakunews.tv offsideplus.az-a istinadən xəbər verir ki, “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bu haqda məlumat verib:

“Emil Balayev Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdi. O, axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu səbəbdən qapıçımız təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq”.

www.bakunews.tv
Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə whatsapp:+994 70 402 02 85

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər