SON DƏQİQƏ
Bakunews.tv » İdman » MDB Oyunları: Azərbaycan atıcısı qızıl medal qazandı

MDB Oyunları: Azərbaycan atıcısı qızıl medal qazandı

08.08.2023 21:39 217
Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında qızıl medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Əliyeva ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş Dünya Çempionatında bürünc medal əldə edib.
Xəbəri necə qiymətləndirirsiniz?