SON DƏQİQƏ
Bakunews.tv » İdman » Döyüş Federasiyasının rəhbəri: “Bakıdakı döyüş gecəsi Yaponiya xaricindəki ilk turnirdir”

Döyüş Federasiyasının rəhbəri: “Bakıdakı döyüş gecəsi Yaponiya xaricindəki ilk turnirdir”

14.09.2023 12:59 197
“Təşkilatımız səkkiz ildə 50-yə yaxın turnir təşkil edib. Bakıdakı döyüş gecəsi Yaponiya xaricindəki ilk turnirdir”.

bakunews.tv xəbər verir ki, bu sözləri “Rizin” Döyüş Federasiyasının rəhbəri Nobuyuki Sakakibara noyabrın 4-də Bakıda keçiriləcək “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında deyib.

Funksioner bildirib ki, Bakıdakı yarış əvvəlkilərdən heç nə ilə geridə qalmayacaq:

“Azərbaycanda daha həyəcanlı yarış olacaq. Bakıda “Rizin” yarışının təşkil edilməsinə görə Azərbaycanın rəhbərliyinə, təşkilatçılara dərin təşəkkür edirəm”.
Xəbəri necə qiymətləndirirsiniz?