İdman
151
24-10-2023, 21:58

Azərbaycan taekvondoçuları Açıq Avropa birinciliyini beş medalla başa vurublar - FOTOLAR

Serbiyanın paytaxtı Belqradda uşaq taekvondoçular arasında Açıq Avropa birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan idmançıları bir qızıl, bir gümüş və üç bürünc medal qazanıblar.

A kateqoriyasında 27 kiloqram çəkidə Mehman Qənbərli qitənin ən güclüsü olub. O, finalda Omari Lapaçini (Gürcüstan) məğlub edərək, qızıl medala yiyələnib. Ülvi Məmmədov yalnız finalda məğlub olaraq, ikinci yeri tutub.
Yarışda bürünc medalları Harun Hüseynov (36 kiloqram), Zaur Hüseynov (36 kiloqram) və Nadir Paşayev (21 kiloqram, B kateqoriyası) qazanıblar.



Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər