SON DƏQİQƏ
Bakunews.tv » İdman » UEFA Gənclər Liqası: “Qəbələ”nin ikinci mərhələdəki oyunlarının vaxtı və yeri müəyyənləşib

UEFA Gənclər Liqası: “Qəbələ”nin ikinci mərhələdəki oyunlarının vaxtı və yeri müəyyənləşib

30.10.2023 18:14 241
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.

bakunews.tv xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. “Olimpiakos” Məşq Mərkəzində reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.
Qeyd edək ki, “Qəbələ” birinci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.
Xəbəri necə qiymətləndirirsiniz?