Siyasət
334
28-07-2022, 21:20

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi layiqincə yerinə yetirə bildi"

Koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini layiqincə yerinə yetirə bildi.

 bakunews.tv trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Gənclər sammitinin yekun iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Bandunq prinsiplərinə sadiq qalmaqda davam edir.

C.Bayramov qeyd edib ki, mədəni, dini və siyasi fərqliliklərə baxmayaraq, Qoşulmama Hərəkatının üzv ölkələri ümumi dil tapa bilib.

Nazir Qoşulmama Hərəkatı Gənclər sammitinin uğurunu qeyd edib və əlavə edib ki, gənclərə öz bacarıqlarını nümayiş etdirmək, yeni əlaqələr qurmaq üçün məkan vermək lazımdır.

O əlavə edib ki, sabah Şuşa şəhərində qəbul olunacaq sənədlər növbəti dəfə Azərbaycanın və bu sammitin uğurlu işini təsdiqləyəcək.

bakunews.tv













Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər