SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 14:42 184
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

“Qafqazinfo”nun xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
Xəbəri necə qiymətləndirirsiniz?