SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » FHN Yevlaxda qanunsuz tikilini belə sökdü -

FHN Yevlaxda qanunsuz tikilini belə sökdü - VİDEO

21.10.2023 17:42 275
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən bakunews.tv-a bildirilib ki, Yevlax rayonu, Aran qəsəbəsinin ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Xəbəri necə qiymətləndirirsiniz?