SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Saakaşvili siyasətdən gedir

Saakaşvili siyasətdən gedir

30.07.2022 19:40 342
“Mixail Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat Partiyasını tərk edir”.

bakunews.tv Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani bildirib:

“Siyasətdən getməsinin əsas səbəbi onun həyatını qorumaq və xilas etməkdir. İndi söhbət onun həyatından gedir, siyasətdən yox”.

Qeyd edək ki, Saakaşvili hazırda səhhəti pisləşdiyi üçün “Vivamed” özəl klinikasında müalicəsini davam etdirir. Gürcüstanın sabiq prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb. Daha 3 iş isə məhkəmə icraatındadır.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?