SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Şuşaya işləməyə gedən 2 nəfər avtomobil qəzasında xəsarət alıb

Şuşaya işləməyə gedən 2 nəfər avtomobil qəzasında xəsarət alıb

08.07.2024 08:31 281

Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar.

“Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobili traktorla toqquşub.

Nəticədə minik avtomobilində olan Şuşa şəhərinə çalışmağa gedən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü P.Əliyev və Qazax rayon sakini 2001-ci il təvəllüdlü B.Bayramov xəsarət alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanlardan birinə yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri necə qiymətləndirirsiniz?