SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Astarada çay daşıb, bir neçə körpünü sel aparıb -

Astarada çay daşıb, bir neçə körpünü sel aparıb - VİDEO

18.09.2023 10:30 208
Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

APA-nın Cənub bürosunun məlumatına görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.
Hazırda bölgədə intensiv yağış davam edir.

Xəbəri necə qiymətləndirirsiniz?