SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Pivə süzərkən faciəvi şəkildə öldü

Pivə süzərkən faciəvi şəkildə öldü

01.08.2022 13:27 504
Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

bakunews.tv qafqazinfo-ya istinadən əldə etdiyi məlumata görə, Xaçmaz Mexanizasiya Nəqliyyat Açiq Sehmdar Cəmiyyətinin ərazisində yerləşən kafedə işləyən Xəlilov Seyidəmir Elnur oğlu pivə aparatından qədəhə içki süzərkən ölüb. Məlum olub ki, gənc oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, həmin kafeni Seyidəmir Xəlilovun dayısı ASC-dən icarəyə götürərək işlədirmiş.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.


bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?