Bərdədə “Köhnə bazar” adlanan ərazidə yanğın baş verib.
Hadisə nəticəsində 27 mağaza yanıb. Onlardan 8-i tamamilə kül olub.
Satıcılar onlara 30-120 min manat arasında ziyan dəydiyini bildiriblər. “Mallarımın hamısı yanıb kül oldu. Ayda 600 manat kredit verirəm. Necə ödəyəcəyimi bilmirəm”, - deyə satıcı Lalə Quliyeva deyib.