Hadisə
398
15-07-2022, 01:49

Velosipedçini avtomobil vurub öldürüb - YEVLAXDA

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

bakunews.tv-un report-a istinadən məlumatına görə, hadisə rayonun Nematabad kəndində qeydə alınıb.

Velosipedlə hərəkətdə olan, 1964-cü il təvəllüdlü Paşa Qasımovu minik avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər