SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Nişandan qayıdan ailə qəzaya düşdü, ölən var

Nişandan qayıdan ailə qəzaya düşdü, ölən var

05.09.2022 11:42 370
Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

bakunews.tv qafqazinfo-ya istinadən bildirir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.


bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?