SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Qubada "Niva" aşdı - Ölənlər var

Qubada "Niva" aşdı - Ölənlər var

11.09.2022 11:37 443
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


bakunews.tv apa-ya istinadən bildirir ki, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?