SON DƏQİQƏ
Bakunews.tv » İdman » “Kəpəz”i növbəti turun oyununa çıxaracaq mütəxəssis bəlli olub

“Kəpəz”i növbəti turun oyununa çıxaracaq mütəxəssis bəlli olub

07.11.2023 22:15 178
“Kəpəz”də baş məşqçi axtarışları davam edir.

Klubdan verilən məlumata görə, Gəncə təmsilçisini Premyer Liqanın növbəti turuna Etibar İbrahimov çıxaracaq.

Mütəxəssis noyabrın 5-də istefa vermiş Azər Məmmədovun köməkçilərindən biri olub.
Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın XIII turunda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Noyabrın 10-da reallaşacaq qarşılaşma saat 19:00-da başlayacaq.
Xəbəri necə qiymətləndirirsiniz?