İdman
155
26-10-2023, 19:53

Mərziyyə Nurmətova bürünc medal qazanıb

Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Misirin paytaxtı Qahirədə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, milli komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışda iştirak edən tennisçi qarışıq qoşa turnirdə birgə mübarizə apardığı yəmənli Ebrahim Qurbanla fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli sabah şəxsi yarışlarda bacarığını göstərəcəklər.
Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər