Cəmiyyət / Sosial
223
4-07-2023, 12:12

Azərbaycan Mərkəzi Bankı sədrinin maaşı bu qədərdir

2022-ci il üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə ödənilən əməkhaqqının həcmi 2,063 mln manat olub.

bakunews.tv xəbər verir ki, “Ölkə.Az”ın məlumatına görə, bu, 2021-ci il ilə müqayisədə 1,8 dəfə çoxdur.

2022-ci ildə rəhbərliyə ödənişlər üzrə sosial fondlara ayırmalar isə illik müqayisədə 1,8 dəfə artaraq 489 min manat olub.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin birinci müavini Rəşad Orucov, digər müavini isə Əliyar Məmmədyarovdur. Bundan başqa, Mərkəzi Bankın 7 baş direktoru və sədrinin 2 müşaviri var.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər