SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » XİN: “İsraildə bir Azərbaycan vətəndaşı həlak olub”

XİN: “İsraildə bir Azərbaycan vətəndaşı həlak olub”

11.10.2023 11:30 208
İsraildə HƏMAS-ın hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub.

Bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli üç şəxs də var.
A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.
Xəbəri necə qiymətləndirirsiniz?