SON DƏQİQƏ
Bakunews.tv » İdman » Azərbaycan gimnastları İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər

Azərbaycan gimnastları İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər

13.08.2022 16:51 357
Aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri olan gimnastlar V İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər.

bakunews.tv trend-ə istinadən bildirir ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində aerobika gimnastikası üzrə təsnifat mərhələsi baş tutub.

Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında finala vəsiqə qazanıblar.

Təmsilçilərimiz M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da final mərhələsinə adlayıblar.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?