SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Prezident XI Dünya Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb

Prezident XI Dünya Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb

08.08.2022 15:32 356
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

bakunews.tv report-a istinadən xəbər verir ki, sərəncamla Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

- birinci yeri tutmuş idmançı – 20000 manat, onun şəxsi məşqçisi – 10000 manat, həmin idman növü üzrə baş məşqçi – 10000 manat;

- üçüncü yeri tutmuş komanda – 20000 manat, komandanın hər bir məşqçisi – 5000 manat.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?