SON DƏQİQƏ
Bakunews.tv » Sosial » “Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var - FOTO/VİDEO

“Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var - FOTO/VİDEO

02.03.2023 01:45 354
"Kristal Abşeron"un tikdiyi bina əyildi: Sakinlərin həyatı TƏHLÜKƏDƏ.

Manset.az xəbər verir ki, bu barədə Bakupost.az -a yerli sakinlər bildiriblər. Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.
"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı "Kristal Abşeron" şirkətindən bildirilib ki, məsələ araşdırılır, məlumat veriləcək.

Xəbəri necə qiymətləndirirsiniz?