Gündəm / Dünya
126
31-08-2024, 11:53

İstanbulda xəstəxanaya silahlı hücum: yaralılar var

İstanbulda yerləşən xəstəxanaların birinin təcili yardım şöbəsinə silahlı hücum edilib.

Bu barədə Türkiyə mediası yazıb.

Hadisə zamanı bir polis, bir jandarma, bir özəl mühafizə işçisi, iki mülki vətəndaş olmaqla 5 nəfər yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Hadisə zamanı xəstəxana binası və təcili yardım maşınına ziyan dəyib.

Silahlı şəxsin kimliyi müəyyənləşməsə də, onun hücum zamanı istifadə etdiyi avtomobil tərk edilmiş halda tapılıb.

Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər