Hadisə
272
11-08-2023, 18:53

Yaralıları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili qəzaya düşdü - FOTO

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

bakunews.tv-ın məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub və üç nəfər xəsarət alıb.

Həmin şəxsləri xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərində Bayraq Meydanının qarşısında qəzaya düşüb.
Nəticədə yaralılar başqa təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər