İdman
177
14-09-2023, 12:57

Minifutbol üzrə Avropa Kuboku: “Zəngəzur” Yunanıstan klubu ilə heç-heçə edib

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda ikinci oyununu keçirib.

bakunews.tv xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstanın TMT klubu ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib - 3:3.

Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın “Veşka Olomuç” klubuna qarşı keçirəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Zəngəzur” ötən gün qrupun ilk turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər