İdman
240
22-09-2023, 17:57

Dünya çempionatı: Azərbaycanın üç güləşçisi çempionluq şansını itirib

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında çempionluq şansını itirib.

bakunews.tv-ın məlumatına görə, 60 kq-da Nihat Məmmədli, 72 kq-da Ülvü Qənizadə, 97 kq-da isə Arif Niftullayev finala qədər irəliləyə bilməyiblər.

A.Niftullayev 1/16 finalda rəqibinə məğlub olub. N.Məmmədli və Ü.Qənizadə isə 1/4 finala yüksəlmələrinə baxmayaraq, yarımfinala çıxa bilməyiblər.
Güləşçilərimizin bürünc medala iddia edib-etməmələri uduzduqları rəqiblərin nəticələrindən asılı olacaq.

Qeyd edək ki, digər üç yunan-Roma güləşçimiz - Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) bu gün final görüşünə çıxacaqlar.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər