Azərbaycanı Dünya Seriyasının final mərhələsində üç idmançı təmsil edəcək
Azərbaycanı Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində 3 idmançı təmsil edəcək.
Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, yarışda Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) mübarizə aparacaq.
Sabah qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Bazar günü isə əvvəlcə qrup mərhələsinin son turunun qarşılaşmaları, daha sonra 1/4 final və yarımfinal baş tutacaq. Günün sonunda medallar uğrunda qarşılaşmalar reallaşacaq.
Qeyd edək ki, bu yarış bitdikdən sonra seriyanın il ərzində baş tutan 5 mərhələsində toplanan xallar hesablanacaq və hər çəkidə ümumilikdə ən çox xal yığan güləşçi dünya çempionu olacaq.