SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Şirvanda zavodda sursat partladı

Şirvanda zavodda sursat partladı

24.07.2023 15:17 233
Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

bakunews.tv "APA"ya istinadən xəbər verir ki, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğludur.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.
Xəbəri necə qiymətləndirirsiniz?