SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var

25.07.2023 10:53 252
Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.
Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və bir yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri necə qiymətləndirirsiniz?